.90.
əl-Bələd (Şəhər) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Fulserver.Ru
əl-Bələd (Şəhər) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And içirəm bu şəhərə (Məkkəyə) -
- Sənin yaşadığın (sənə halal olan) şəhərə;
- And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
- Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çapalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur!)
- Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
- Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?
- Məgər o heç kəsin onu görmədiyini güman edir?!
- Məgər Biz ona iki göz vermədikmi?!
- Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
- Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
- Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi).
- (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
- (O) bir kölə azad etməkdir;
- Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
- Qohumluq əlaqəsi çatan bir yetimə.
- Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
- Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
- Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
- Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
- Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)
Fulserver.Ru